Ç. Noy 13th, 2019

ABŞ-da Kalininqradı ələ keçirmək planı hazırlandı

Rusiya ilə silahlı münaqişə baş verəcəyi təqdirdə, NATO Kalininqradı ələ keçirmək planını nəzərdən keçirməlidir.

Bu barədə Ceymstaun Fondunun ABŞ-dakı böyük elmi işçisi Riçard Hukerin məruzəsində deyilir.

Sənəddə qeyd edildiyi kimi, hərbi eskalasiya dinc sakinlərin ölümünə və genişmiqyaslı dağıntılara səbəb olacaq. Bununla yanaşı, RF “hərbi aviasiya sahəsində Alyans ölkələrindən geri qaldığına görə məğlub ola bilər”.

Hukerin versiyasına görə, əvvəlcə Moskva Litva, Latviya və Estoniyanı təcrid etməyə və Peterburqa gedən yolları qorumağa çalışacaq. Lakin NATO özünün hava qüvvələri sayəsində təxminən iki həftə ərzində Ştatlar başda olmaqla Kalininqrad vilayətini ələ keçirə bilər.

Ekspert qeyd edib ki, Rusiya münaqişənin erkən mərhələsində Kalininqrad vilayətini güclü müdafiə edə bilər. Lakin regionda ABŞ və Polşanın quru hərbi qruplaşmasının artması qüvvələrin nisbətini dəyişəcək və Rusiya “bu anklavı itirəcək”, bu isə “Krımın birləşdirilməsinə görə dəyən zərərin əvəzinin təbii ödənilməsi”olacaq.    /oxu.az/

Paylaş: