Ça. Noy 19th, 2019

Bağdadi indiyədək görün neçə dəfə “ölüb-dirilib”

Bu gün dünya mediasının gündəmini İŞİD lideri Bağdadinin öldürülməsi ilə bağlı xəbərlər zəbt edib.

Bəs görəsən son 4 ildə Bağdadinin öldürülməsi ilə bağlı nə qədər xəbər çıxıb?

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Bağdadinin öldürülməsi xəbəri ilk dəfə 2015-ci ilin aprel ayında yayılıb.

Xəbərdə qeyd olunmuşdu ki, İŞİD lideri Mosulda hava hücumu zamanı ağır yaralanıb və ifliç keçirib daha sonra ölüb.

Onun haqqında digər bir xəbər isə 11 oktyabr 2015-ci ildə yayılıb. Xəbərdə İŞİD liderinin Bağdadda bombalı hücuma məruz qaldığı açıqlanmışdı, ancaq vəziyyəti ilə bağlı hər hansı bir məlumat verilməmişdi.

2015-ci il iyun ayında isə İraqın şimalında keçirilən əməliyyat zamanı Bağdadinin yenə öldürüldüyü xəbərləri yayılmışdı. Daha sonra xəbərin yalan olduğu bildirilmişdi.

3 Oktyabr 2016-cı ildə Bağdadi və 3 İŞİD terrorçusunun zəhərləndiyi, ancaq ölmədikləri iddiası ortaya çıxmışdı.

18 Aprel 2017-ci ildə Bağdadinin Suriyada həbs edildiyi xəbərləri yayılsa da  sonradan Rusiya XİN bu xəbərlərin yalan olduğunu açıqlamışdı.

11 İyun 2017-ci ildə Suriya dövlət televiziyası İŞİD liderinin öldürüldüyünü açıqladı. Rusiya mediasıda bu xəbəri təsdiqləyərək Rus ordusunun Raqqa şəhərində keçirdiyi əməliyyat nəticəsində Bağdadinin öldürüldüyünü yazdı. Lakin çox keçmədən bu xəbər də yalanlandı.

İyul ayının sonlarında isə Rusiya rəsmiləri və İranın dini lideri Xamneyi Bağdadinin öldürüldüyünü açıqladı.

11 İyulda İraq xəbər agentliyi “Al Sumaria” İŞİD içində Bağdadinin öldürüldüyü xəbərinin gəzdiyini bildirmişdi.  /Yeniavaz.com/

Paylaş: