Ç. Noy 13th, 2019

Bağdadinin öldürülməsinin ŞOK TƏFƏRRÜATI – Türkiyə sərhədi yaxınlığında…

İraq hökuməti İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldürülməsinin detallarını açıqlayıb.

Turkustan.info Reuters-ə istinadən xəbər verir ki, ötən gecə ABŞ-ın 8 helikopteri Suriyanın İdlib şəhərinin Bərişə qəsəbəsində Bağdadinin olduğu mövqeni 1,5 saat ərzində atəşə tutub. Hücum zamanı terrorçu lider, onun 2 həyat yoldaşı və 6 övladı öldürülüb. Digər bir iddiada isə İŞİD lideri və ailəsinin özlərini partlatdığı deyilir.

Məlumata görə, Əbubəkr Əl Bağdadi ailəsini Türkiyə sərhədinə köçürmək istəyərkən aşkarlanıb    /Qaynarinfo/

Paylaş: