Ç. Noy 20th, 2019

Bu canlıların nəsilartırması dayansa, bəşəriyyətin sonu ola bilər

Ekspertlərin fikrincə, arıların nəsilartırması dayansa, bəşəriyyətin taleyi sual altına düşə bilər.

“The Earthwatch Institute” beynəlxalq təşkilatı İngiltərənin Coğrafiya cəmiyyətindəki çıxışında  arıları Yer kürəsində yaşayan ən vacib canlısı elan edib. Ekspertlərin fikrincə, təəssüf ki, onların onların sayı azalmaqdadır.

“Bored Panda” nəşri bu sahənin araşdırmaçısı olan Oksford professoru Corc Makqevindən məsələnin ciddiyəti ilə bağlı məlumat əldə edib. Alim arıların ekosistemdəki vacib rolunu təsdiqləyib:

“Həşaratların, xüsusilə arıların tozlandırmadakı rolu Yer kürəsindəki rəngarəng mühiti qoruyub saxsalayır”.   /oxu.az/

Paylaş: