C. Noy 15th, 2019

“Oyun Karvanı Azərbaycanda” layihəsi başa çatdı – FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri və Mehriban Dost layihəsinin təşkilati dəstəyi ilə keçirilən “Oyun Karvanı Azərbaycanda” layihəsi başa çatmışdır.

Layihə çərçivəsində keçirilən tədbirlərdə Uşaq Oyunları və İdman Klubları Federasiyası başqanı Mehmet Mutlu, Azərbaycan Milli Məclisinin deputatı Sevinc Hüseynova, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Gənclər və İdman Nazirliyinin təmsilçisi Oruc Məmmədli iştirak ediblər.

17 oktyabr 2019-cu il tarixdə “Sərhədçi” İdman Olimpiya Kompleksində keçiriməsinə start verilən “Oyun Karvanı Azərbaycanda” layihəsi ölkəmizin Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə və Qazax bölgələrini əhatə etməklə yaxın rayonların Rayon Gənclər və İdman İdarələri tərəfindən ezam edilmiş uşaqlarının iştirakı ilə oktyabrın 27-də yekunlaşıb.

Qeyd edək ki, tədbir oktyabrın 24-də Qazaxda başa çatadıqdan sonra Mehriban Dost layihəsi çərçivəsində Şəki şəhər qapalı tipli uşaq evində, Goranboy şəhər internat tipli gimnaziyasında, Gəncə şəhər Sos Uşaq Kəndləri Assosiasiyası və Gəncə şəhər Uşaq Evində keçirilməklə kimsəsiz uşaqlar üçün layihə oktyabrın 27-nə qədər uzadılmışdır.

Paylaş: