Ç. Noy 13th, 2019

Türkiyə heç bir ölkəyə güvənmir: Ancaq bu dövlətlər…

Türkiyənin 79.6 faizi “Sülh çeşməsi” hərəkatı ilə bağlı heç bir ölkəyə güvənmir.

Turkustan.info xəbər verir ki, bu nəticə “Areda Survey” araşdırma şirkətinin sorğusu əsasında üzə çıxıb.

Şirkət Türkiyənin 81 şəhərində 7599 nəfər arasında “Sülh çeşməsi” əməliyyatı ilə bağlı rəy sorğusu keçirib. Sorğu iştirakçılarının 79.6 faizi “Sülh çeşməsi” hərəkatında hansı ölkəyə güvənirsiniz” sualına “heç bir ölkə” cavabını verib. Yalnız respondentlərn 9.7 faizi Rusiyaya, 1.8 faizi ABŞ-a, 1.6 faizi isə İrana güvəndiklərini bildirib.

Sorğuda iştirak edənlərin 7.4 faizi isə “digər ölkələr” variantını seçib.

Bundan əlavə, respondentlərin 93.7 faizi ABŞ-ın Türkiyə ilə gəldiyi razılığa uyğun olaraq YPG-yə verilən ağır silahların geri alınması vədinə inanmadıqlarını bildirib. İnanların sayı isə 6.3 faiz təşkil edib.

Qeyd edək ki, bir müddət əvvəl Ankarada ABŞ-la Türkiyə arasında Suriya ilə bağlı razılıq imzalamışdı. ABŞ müqaviləyə uyğun olaraq YPG-dən ağır silahların alınacağına söz vermişdi.   /Axar.az/

Paylaş: