Ç. Noy 13th, 2019

Ramiz Mehdiyev Moskvaya dəvəti qəbul etdi

Bu gün AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb. 
Görüşdədə R.Mehdiyev akademiya ilə Rusiyanın müxtəlif elm və təhsil müəssisələri arasında imzalanan digər sazişlərin həyata keçirilməsindən və mühüm nəticələrindən söz açıb.
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Taliya Xabriyeva Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib. Rusiyalı alim iki ölkə arasında elmi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və akademiya rəhbərliyinə yüksək təcrübəyə malik dövlət xadimi və görkəmli alimin gəlməyinin bu inkişafa xüsusi stimul verəcəyinə əminliyini bildirib.
Akademik Taliya Xabriyeva Rusiya Elmlər Akademiyasının rəhbərliyi adından akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif qəbul olunub.

Paylaş: