Ça. Noy 19th, 2019

Rektorla “Saglamligin qorunmasi” Ictimai Birliyi rəhbərinin işgüzar görüşü olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ilə tibb üzrə fəlsəfə doktoru, “Saglamligin qorunmasi” Ictimai Birliyinin rəhbəri Yazgul Abdiyevanın işgüzar görüşü keçirilib.

Məqsəd tələbələrin tibbi maatiflənməsi, onların sağlam həyat tərzinə yardımçı olmaqdır. Bu dəfəki mövzu “QİCS-ə birlikdə qalib gələk” devizi altında cəmiyyətin son zamanlar bəlası QİÇS xəstəliyi haqqında olub. Görüşdə cəmiyyətdə gənclər arasında tibbi məlumatlar haqqında bir sıra problemlərin həlli yolları müzakirə olunub.

Universitetin rektoru Mustafa Babanlı bu məqsəd və məram üçün Yazgül xanım Abdiyevaya öz təşəkkürünü bildirərək uğurlar arzulayıb.

Paylaş: