C. Noy 15th, 2019

Saakaşvilinin şəkli Gürcüstan prezidentinin saytında göründü: “Mən qayıdacağam” – FOTO

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarları ölkənin hazırkı dövlət başçısı Salome Zurabişvilinin administrasiyasının saytına hücum ediblər. 

Regnum.ru xəbər verir ki, hücumdan sonra sayt açılarkən sabiq prezidentin fotosu görünür və şəklin üzərində ingiliscə bu sözlər yazılıb:

“I’ll be back (Mən qayıdacağam)”.

Problem qısa zamanda həll edilib. Gürcüstan KİV xəbər verir ki, hücumu Saakaşvilinin tərəfdarları həyata keçirib.

Hücumlar daha bir neçə sayta da edilib.

Qeyd edək ki, sayta giriş hələ də bərpa olunmayıb. Foto isə saytdan yığışdırılıb.

Paylaş: