Ç. Noy 13th, 2019

Sumqayıtda 3 şairin xatirəsi birgə anıldı

Poaziya evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü,S.Vurğun adına Mərkəzi kitabxana, kitabxananın uşaq şöbəsi və Ə.Kərim adına poeziya klubunun birgə təşkilatçılığı ilə “Sumqayıt- 70″ və “Xatırlasaz…xatırlansam” layihələri çərçivəsində Sumqayıt ədəbi mühitinin formalaşmasında əvəzsiz xidmətləri olan Xasay Cahangirov,Vaqif İbrahim və Gülbala Mehdi yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin  yad edilən hər üç şairin Sumqayıt ədəbi mühitindəki fəaliyyətindən, yaradıcılıqlarının ümumi məziyyətlərindən danışıb.

Sonra söz tədbirin aparıcısı Əşrəf Veysəlliyə verilib.Əşrəf Veysəlli dövrdaşları,dostları  olan şairlərin şeirləri ilə məclis iştirakçılarını salamlayıb.

Filologiya elmləri doktoru,professor Rafiq Yusifoğlu,AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna, Xasay Cahangirov adına ədəbi dərnəyin rəhbri Solmaz Cahangirova,Əməkdar jurnalist Rəhman Orxan,Əməkdar artist Əli Nur, “Dübrar” ədəbi məclisinin sədri Nəcməddin Mürvətov, şair Vaqif Ələzli, Firdovsi Ələmdar,Çingiz Dalğın  və digərləri çıxış edərək Sumqayıtın ədəbi simalarına çevrilən şairlər haqqında xatirlərini dilə gətiriblər.

S.Sarvan adına Uşaq Poeziya teatrı üzvlərinin iştirakı, yazıçı-senarist Hafiz İmamnəzərlinin senarisi əsasında hazırlanan və hər üç şairin canlı obrazını özündə əks etdirən tamaşa məclisə başqa bir ovqat bəxt edib.Sonra digər məktəblilərin ifasında  hər üç şairin yaradıcılığından nümunələr   səsləndirilib.

Sonda S.Vurğun adına kitabxananın direktoru Yeganə Əhmədova tədbir iştirakçılarına təşəkkürünü bildirib, belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Paylaş: