C. Noy 15th, 2019

Suriya ordusu Türkiyə ilə sərhədə çatdı

Türkiyə və Rusiya arasındakı razılaşmaya əsasən, Suriya ordusu Türkiyə ilə sərhədə çatıb.

Turkustan.info RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya dövlət televiziyası bildirib.

“Ordu onlarla kənd və qəsəbəyə daxil olduqdan sonra Rəsulayn şəhərinin şimal-şərqinə çatdı”, – xəbərdə deyilir.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında “Sülh çeşməsi” antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.

Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.

Paylaş: