C. Noy 15th, 2019

Bağdadinin öldürüldüyü əməliyyat saxta imiş – Rus general açıqladı – VİDEO

Rusiyanın dövlət televiziyasında İŞİD lideri Əbu Bəkr əl Bağdadinin öldürüldüyü əməliyyatın saxta olduğuna dair faktlar aşkarlanıb.
Turkustan.info xəbər verir ki, “Rossiya 1” kanalına açıqlama verən Rusiya Müdafiə Nazirliyinin generalı İqor Konaşenkov Bağdadiyə qarşı keçirilən əməliyyatın yalan olduğunu bildirib:
“Birincisi,  Bağdadinin öldürüldüyü gün, həmçinin ümumiyyətlə son günlərdə İdlibdə bəhs edilən əraziyə hava hücumu keçirilməyib. İkincisi, həmin ərazidə ABŞ hərbi qüvvələrinin əməliyyat keçirdiyi də bizə məlum deyil. Üçüncüsü, İdlibdəki həmin bölgə Suriya dövlətinin nəzarətində deyil. Bağdadinin öldürüldüyü deyilən əraziyə Əl Qaidə və Ən Nusra adlı terror qrupları nəzarət edir. Bunlar isə İŞİD birləşmələrinə qarşı həmişə amansızca vuruşan qruplardır. Cavab vermək lazımdır ki, İŞİD liderinin onların düşməni olan Əl Qaidə və Ən Nusranın nəzarətində olan bölgədə nə işi var idi? ABŞ keçirdiyi əməliyyatlarla bağlı daha konkret sübutlar söyləməlidir”.

/Yeniavaz.com/

 

Paylaş: