Ç. Noy 13th, 2019

“İran İsraili vurmağa hazırlaşır” – Netanyahu

“İran İsrailə hücum məqsədilə Yəməndə raketlər yerləşdirir”.

Turkustan.info xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İran regionda istənilən yeri dəqiq vurmaq qabiliyyətinə malik raket sistemləri yerləşdirməyə başlayıb:

“Bundan başqa, İran hökuməti həmin raketləri İraq və Suriyada da yerləşdirmək istəyir.

İran həmçinin özünün Livandakı raket arsenalında olan dəqiq istiqamətlənmiş raketlərinin sayını 130 minə qədər artırmaq niyyətindədir. Onlar həmin raketləri artıq Yəməndə yerləşdirməyə başlayıb. Məqsəd isə Yəməndən İsraili hədəfə almaqdır”.  /Teleqraf.com/

Paylaş: