Ç. Noy 13th, 2019

Terrorçulara verilən 150 saatlıq vaxt bitdi – Rusiyadan SON AÇIQLAMA

YPG-nin Suriyanın şimalından geri çəkilməsi planlaşdırıldığından tez başa çatdı.

Turkustan.info “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər naziri Sergey Şoygu bildirib.

Nazir Rusiya hərbi polisi və Suriya sərhəd mühafizəçilərinin YPG-nin boşaltdığı ərazilərə girdiyini söyləyib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında “Sülh çeşməsi” antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.

Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.  /Publika.az/

Paylaş: