Ç. Noy 13th, 2019

Türkiyə ilə Rusiya arasında SENSASİON RAZILAŞMA: tarixə düşəcək

“Türkiyə ilə Rusiya arasında “Su-35″ döyüş təyyarələrinin satışına dair razılaşmanın imzalanması yaxın müddətdə baş tutacaq”

Bunu “Defense News” nəşrinə Ankaradakı aviasiya mütəxəssisi açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə və Rusiyanın hökumət rəsmiləri arasında “Su-35” qırıcılarının satışı üçün aparılan müzakirələr inkişaf mərhələsindədir.

Müzakirələrə əsasən, Türkiyə 2 mərhələ formasında 48 ədəd “Su-35” ala biləcəyini bildirib.

Başqa bir rəsmi şəxs isə “S-400” hava hücumundan müdafiə sistemi satışını xatırladaraq Rusiyanın Türkiyəyə “Su-35″lər üçün uyğun qiymət deməyi qəbul edə biləcəyini dilə gətirib. Rəsmi Moskva 50-70 milyon dollar civarında qiymət oxuya bilər.

Aviasiya mütəxəssisi potensial “Su-35” razılaşmasının Rusiya üçün strateji əhəmiyyətə sahib olduğunu vurğulayıb.

Əgər bu razılaşma əldə olunsa, “Su-35” döyüş təyyarələri “S-400″dən sonra Türkiyənin Rusiyadan aldığı ikinci böyük silah sistemi olacaq. (publika.az)

Paylaş: