Ça. Noy 12th, 2019

Bağdadinin öldürülməsinin arxasındakı ŞOK SİRR: Türkiyə gizli məqamları açdı

İŞİD lideri Əbubəkr əl-Bağdadinin Türkiyə ordusunun müşahidə məntəqələrinin yerləşdiyi İdlib şəhərində ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində öldürülməsi bir çox suallar yaradıb.

Bağdadi əməliyyatının Türkiyəyə qarşı təxribat məqsədli tələ ola biləcəyi şübhəsi artır.

Belə ki, ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bred Makqark “Vaşinqton Post”a yazdığı məqalədə “Türkiyənin açıqlamaq məcburiyyətində olduğu bəzi şeylər var” sözləri ilə Bağdadinin Türkiyənin hərbi müşahidə məntəqələrinin yerləşdiyi İdlibdə öldürülməsinə vurğu edib. O, əməliyyatın Türkiyədən xəbərsiz gerçəkləşdirildiyini də iddia edib.

Polis Kəşfiyyatının sabiq rəisi Bülənt Oraqoğlu məsələ ilə bağlı açıqlamasında Bağdadinin öldürülərək İdlibə gətirildiyini deyib: “İŞİD ABŞ-ın Yaxın Şərqə daxil olmasını qanuniləşdirən terror təşkilatıdır. Meymuncuq kimi. Bu təşkilatın liderinin aradan götürülməsi şübhə doğurdu. Eynən Bin Laden əməliyyatı kimi, bunun da cəsədinin dənizə atıldığı deyilir. Əməliyyat Türkiyə sərhədinə 5 km məsafədə olub. Bundan sonra YPG Türkiyə əleyhinə təxribatlara başladı. Türkiyə ilə İŞİD arasında bağlantı qurmağa çalışırlar. Trampın əməliyyatdan sonra Türkiyə və Rusiyaya təşəkkürü bu təəssüratı az da olsa, qırdı. Amma ABŞ Suriyadakı Konstitusiya Komissiyasına daxil olmaq, bölgənin gələcəyində söz sahibi olmaq istədiyi üçün Bağdadini öldürüb daha sonra oraya gətirdi. Bu əməliyyatla bağlı heç bir görüntü yoxdur. Bütün dünya ictimaiyyəti ABŞ-a bələddir. O, hazırda quldur dövlətdir. Terror təşkilatını qurur, hədəfinə çevirdiyi ölkələri onlara qarşı savaşmağa sövq edir. ABŞ-ın illərlə birgə işlədiyi YPG Türkiyə qarşısında 3 saat dayana bilmədi…”

Sabiq kəşfiyyatçı bildirib ki, hazırda Yaxın Şərqdə bir ABŞ yoxdur: “Trampla Pentaqon arasında ciddi mübarizə var. Burada bir neçə ABŞ-ın olduğunu görürük”. (publika.az)

Paylaş: