C. Noy 22nd, 2019

“Black Star Burger” “Ümid” Uşaq Sığınacağında – FOTOLAR

Bakıda bu yaxınlarda açılmış məşhur “Black Star Burger” fast-food şəbəkəsi sosial təşəbbüslərə start verib.

Bu gün “Black Star Burger” təmsilçiləri Xəzər rayonu, Binə qəsəbəsindəki “Ümid” Uşaq Sığınacağında olublar. Burada sığınacaq tapmış uşaqlarla, kollektivlə görüşüblər.

Müəssisənin rəhbəri Nigar Mənsimova “Ümid yeri”nin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, hazırda 60-dək uşağın saxlanıldığı sığınacaqda onlara hər cür yardım edilir, cəmiyyətə adaptasiya olunmalarına dəstək göstərilir.

Sonra uşaqlara “Black Star Burger” məhsullarından ibarət sovqat hədiyyə olunub.

 

Paylaş: