Şb. Noy 16th, 2019

Gəncədə yük maşını fontana girdi – FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.

“Shacman” markalı yük maşını “Əlillərin dairəsi” adlanan ərazidə fontana çırpılıb.

Hadisə nəticəsində yük maşınına və fontana ciddi ziyan dəyib.

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: