C. Noy 22nd, 2019

Məmməd İsmayılın 80 illik yubileyi keçiriləcək

Noyabr ayının 3-də ustad şair, Türkiyədəki Çanaqqala universitetinin professoru Məmməd İsmayılın 80 illik yubileyi ilə bağlı yubiley tədbiri keçiriləcək.

Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutacaq tədbir Aktyorlar evində düzənlənəcək. Yubiley mərasimində poeziyasevərlərlə yanaşı dəyərli ziyalılar, millət vəkilləri, tanınmış sənətçilər də iştirak edəcək.

Tədbirdə həmçinin Məmməd İsmayılın yenicə çap olunmuş “Gəlməyə vaxtmı tapdın, 80 yaşım” adlı şeirlər kitabı da təqdim olunacaq. Xalq şairi Sabir Rüstəmxanlının aparıcılığı ilə baş tutacaq tədbir saat 15.00-da Aktyorlar evində keçiriləcək. Giriş sərbəstdir.

Paylaş: