Ç. Noy 20th, 2019

Milli Şura yenə “28 May”ı seçdi – GƏRGİNLİK

Xəbər verdiyimiz kimi Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

Turkustan.info-nun məlumatına görə, BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.

Məktubda noyabrın 2-də Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında Milli Şuranın mitinq keçirməsinə razılıq verilməsi qeyd edilib.

Amma Milli Şura rəhbərliyi icra hakimiyyətinin bu qərarı ilə razı deyil. Belə ki, AXCP sədri Əli Kərimli Facebook səhifəsində aksiyanın 28 May metrostansiyası ətrafında keçiriləcəyini bildirib.

Paylaş: