C. Noy 22nd, 2019

39 yaşlı başçı ilk açıqlamasını verdi

Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elnur Rzayev bildirib.

“Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram”, – deyə yeni və gənc icra başçısı bildirib.

Xatırladaq ki, 39 yaşlı Elnur Şahbaz oğlu Rzayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Paylaş: