Bz. Noy 17th, 2019

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU – 7 qadın yaralandı

Bakı Nəqliyyat Agentliyi (BNA) də Bakıda iki avtobusun toqquşması ilə bağlı məlumat yayıb. BNA-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub:

“Nəticədə 7 sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub”.  (modern.az)

Paylaş: