C. Noy 22nd, 2019

Çavuşoğludan İstanbulda Qarabağ açıqlaması

Azərbaycanın işğal edilmiş torpaqları məsələsinin BMT-nin əlaqədar qərarları çərçivəsində həllini dəstəkləyirik.

Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu VI İstanbul Vasitəçilik Konfransında çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ probleminin və Azərbaycanın işğal edilmiş torpaqları məsələsinin diplomatiya yolu ilə BMT Təhlükəsizlik Şurasının və Avropa Şurasının qərarları çərçivəsində həllinin tərəfdarıyıq. Məsələnin həlli üçün bu il daha çox səy göstərəcəyik”, – Çavuşoğlu bildirib.   /Axar.az/

Paylaş: