C. Noy 22nd, 2019

Həmvətənlərimiz İstanbulda Cümhuriyyət törəninə qatılıblar – FOTOLAR

Qardaş ölkəmiz Türkiyə Cümhuriyyətinin qurulmasının 96-cı ili qeyd edilməsi münasibəti ilə Azərbaycandan müəllimlər və istedadlı uşaqlar qatılıb.

İstanbul Şəhərində yerləşən Halil Türkkan məktəbinin ev sahibliyi ilə möhtəşəm bayram programına Azərbaycan, Ukrayna, Kosova, Makedoniya, Karadağdan müəllimlər və uşaqlar iştirak edib. Ayın 29məktəbdə keçirilən bayram programında səhnədə yer alan Dəcəl Balam Ailə və Uşaq Mərkəzinin üzvləri ilk Öncə Türk Dünyasının böyük Şairi Bəxtiyar Vahabzadənin Azərbaycan Türkiyə Şeri ilə çıxış edib ardından ise Azərbaycan haqqında mahnı səsləndiriblər.

Onuda qeyd edək ki proqrama Türkiyədən dövlət memurları eyni zamanda İstanbul Azərbaycan Konsolluğu və Bengü Türk TV-dən Səidə Ömər də qatılıb. Beş gün davam edən bayram proqramında İstanbul gəzintiləridə təşkil olunmuşdur.

 

 

Paylaş: