C. Noy 22nd, 2019

İlham İsmayılov: “ABŞ Türkiyənin terrorçuluğa qarşı başlatmış bu əməliyyatlarda dəstək vermək əvəzinə…”

ABŞ Konqresinin Nümayəndələr Palatası saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edilibb. Hıəmçinin Nümayəndələr Palatası Türkiyəyə qarşı “Barış pınarı” əməliyyatı və Rusiyadan S-400-lərin alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini də təsdiqləyib.

Turkustan.info xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Nümayəndələr Palatasının bu qərarını qərəzli hesab etməklə, bu qərarın son günlər Türkiyənin Suriyada terrorçulara qarşı apardığı uğurlu əməliyyatlara qarşı qısqanc münasibəti kimi dəyərləndirib. “Təıssüflə bildiririk ki, 11 sentyabr kimi ağır terror görmüş ABŞ Türkiyəyə terrorçuluğa qarşı başlatmış bu əməliyyatlarda dəstək vermək əvəzinə, qardaş ölkəyə qarşı hədə-qorxu tonunda sanksiyalar tətbiq edəcəyini bildirir, dolayısıyla regionda gərginlik yaradan qüvvələrin və terrorçuların “çörəyinə yağ çəkir”. Hesab edirik ki, 1915-ci il olayları arxivlərin açılması ilə tarixçilər və araşdırmaçılar tərəfindən araşdırılmalı, yalnız bundan sonra erməni xəyanətləri nəticəsində baş vermiş hadisələrə siyasi deyil, hüquqi qiymət verilməlidir”.

 

Paylaş: