C. Noy 15th, 2019

İqbal Ağazadə rektoru istefaya çağırdı

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin Azərbaycanda 20 yanvar qırığınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilən esse müsabiqəsində iştirakına qarşı etirazlar artır.

BSU rəhbərliyinin razılığı ilə atılan bu addıma siyasi cameədən də etirazlar gəlir.

Turkustan.info xəbər verir ki, məsələyə münasibət bidlirən Ümid Partiyasının sədri İqbal Ağazadə BSU-nun rektorunun istefaya göndəriməsini tələb edib: “Rusdilli məktəblərin sayının durmadan artması, yüksək çinli məmurların rəsmi dövlət dilində danışa bilməməsi, işə qəbulda rus dilinə önəm verilməsi, bir sözlə, rus dilini məişətimizə, idarəetməmizə, düşüncəmizə pərçim edənlər nəinki Primakovun, əmin olun ki, bir gün erməninin də yaradıcılıq gecəsini və ya kitabının təqdimatını keçirəcək. İqtidar rektoru istefaya göndərməli və xalqdan üzr istəməsini təmin etməlidir. Əks təqdirdə, məsuliyyət siyasi hakimiyyətin üzərindədir – Əliheydər Qarayevi, Çingiz İldırımı və s. unutmayın, onların yolunu getməyin”.   /Cebhe.info/

Paylaş: