Ç. Noy 13th, 2019

Qatarda 62 nəfərin diri-diri yandığı qəzanın VİDEOSU yayıldı

Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

KONKRET.AZ xəbər verir ki, daha öncə yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında 10 nəfərin öldüyünü, lakin ölü sayının artacağını istisna etməmişdi. Qəza nəticəsində yaralıların sayı isə onlarla qeyd edilir.

Məlumata görə, qatar Pəncab əyalətinin cənub hissəsinə yola düşərkən yanğın baş verib. Qaz balonunun partlaması nəticəsində meydana gələn alov qatarın üç vaqonunu külə çevirib.

Paylaş: