C. Noy 15th, 2019

Şəmsəddin Xanbabayev xaçmazlılarla belə vidalaşdı – VİDEO

Xaçmaz Rayon İcra başçısı Şəmsəddin Xanbabayev vəzifəsini icra etdiyi binadan köçüb gedərkən müxbirimizin suallarını cavablandırıb.

Yağışlı havada oğlu Samir Xanbabayev və köməkçiləri ilə birlikdə avtomobilə əyləşməzdən əvvəl Şəmsəddin Xanbabayev müxbirimizə səmimi və xoş arzularını bildirib.

Jurnalistin “Xaçmazlılar sizi unudan deyil, xoş xatirələrlə yadda qalacaqsınız” sözlərinə, Şəmsəddin Xanbabayev belə qarşılıq verib:

“Çox sağ olun! Mən də xaçmazlıları çox istəyirəm. Xaçmazlılar yaxşı adamlardılar. Məmur üçün də əsas səbəb budur. Gördüyünüz bütün bu işlərin hamısını (əli ilə göstərir)  – birinci növbədə onların yaxşı adam olmalarına görə görülüb. Çox sağ olun!”

Turkistan.info konkret.az-a istinadən Şəmsəddin Xanbabayevin bölgə müxbiri Cəlal Fərzəliyevlə olan səmimi söhbətini təqdim edirik:

Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.

Paylaş: