C. Noy 22nd, 2019

Türkiyə universitetlərindən məzun olan azərbaycanlı gənclərin II Bakı Forumu keçiriləcək

Noyabrda Bakı Konqres Mərkəzində Türkiyə universitetlərindən məzun olan azərbaycanlı gənclərin II Bakı Forumu keçiriləcək.

Bu barədə Turkustan.info-ya “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyindən (TUMİB) məlumat verilib.

Bldiriblər ki, Birliyin Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində təşkil olunacaq forum “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlərə töhfə vermək məqsədi daşıyır. Forumun məqsədi, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının təbliği, müasir gənclərimizin qarşısında duran əsas hədəf və vəzifələrin müzakirəsidir. Tədbir çərçivəsində Gəncə və Sumqayıt şəhərlərində də yerli gənclərlə görüşlər keçiriləcək.

Forumda Türkiyə universitetlərinin məzunları ilə yanaşı, qardaş ölkələrimizin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, deputatların, QHT və KİV nümayəndələrinin, Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Paylaş: