C. Noy 15th, 2019

YAP Nəsimi təşkilatı məktəblilər arasında “Qarabağ Azərbaycandır!” inşa müsabiqəsi keçirəcək

“Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 1 noyabr 2019-cu il tarixində rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçiriləcək”.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edib.

M.İbrahimqızı bildirib ki, bununla bağlı bütün universitetlərdə tələbə gənclər arasında maarifləndirmə aparılıb: “Qısa müddət ərzində bu müsabiqədə iştirak etmək üçün 3000-dən çox gənc müraciət edibdir. Müraciət edənlərin arasında xarici tələbələr də var. Sözsüz ki, qardaş Türkiyədən olan gənclər daha çox üstünlük təşkil edir. Müsabiqə əsasən Azərbaycan Dövlət Tibb, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dillər və Bakı Slavyan Universitetlər üzrədir, lakin müsabiqəyə qatılmaq üçün digər universitetlərin də tələbələri müraciət edib. Müsabiqənin nəticələri bu ilin deklabr ayının sonuncu həftəsində elan olunmaqla, qaliblər mükafatlandırılacaq”.

Paylaş: