Ça. Noy 12th, 2019

3 uşağı olan ailələrə pul, maşın və ev veriləcək

Macarıstanda çoxuşaqlılığın təşviqi üçün maraqlı kampaniyaya start verilib.

Turkustan.info xəbər verir ki, hökumət 3 uşağı olacaq ailələrə 30 min avro pul, mənzil və avtomobil veriləcək. Bundan əlavə ailə ömür boyu bütün növ vergilərdən azad ediləcək. Qeyd edək ki, bu haqda məlumat sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Azərbaycanda 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata çatdırılıb.

5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata nəzərdə tutulub.    /Cebhe.info/

Paylaş: