Ça. Noy 12th, 2019

İnternetdə kölə bazarı: Qadınlar satışa çıxarıldı – Şok faktlar

Körfəz ölkələrində qulluqçu qadınların satışa çıxarıldığı aşkar edilib. Məlum olub ki, qadınlar Google Play, Apple, Instagram və Facebook kimi internet saytları üzərindən satışa çıxarılır, pasportları qanunsuz olataq müsadirə edilir və telefonla danışmaları qadağan olunur.

“Modern kölələr”in ən çox satışa çıxarıldığı ölkə Küveytdir.

BBC-nin apardığı araşdırma qulluqçu qadınların internet üzərindən qanunsuz ticarətinin təşkil edildiyini aşkar edib.

BMT-nin hesabatçısı Urmila Bola ərəb ölkələrində kölə bazarının Google, Apple, Facebook və digər internet saytları üzərində qurulduğunu bildirib.

Ayrı-ayrı ölkələrdən olan qulluqçu qadınların 1000 və ya 3000 ABŞ dollarına təklif edildiyi məlum olub.

Körfəz ölkələrində xidmətçilər müxtəlif agentliklər tərəfindən ölkəyə gətirilir və hökumətin rəsmi sənədlərində qeydiyyata alınır. Potensial işverən şirkətlər agentliklərə müəyyən məbləğ ödəyib rəsmi olaraq xidmətçilərin sponsor və ya kəfili olurlar.

“Kafala” adlanan bu kəfalət sisteminə görə, bir xidmətçi kəfilin icazəsi olmadan işdən çıxa və ölkəni tərk edə bilməz.

İnternet üzərindəki kölə bazarları təkcə Küveytə aid deyil. Siyahıda Səudiyyə Ərəbistanının da adı var.

Ərəb ölkələrinə ən çox qadın xidmətçilər aldadılaraq Qvineyadan gətirilir. (teleqraf.com)

Paylaş: