Ça. Noy 12th, 2019

“Kürdlər ikinci dərəcəli insanlar deyil” – Lavrovdan Türkiyəyə xəbərdarlıq

“Suriyadakı kürd məsələsi bölgədə gərginliyi artırmamalıdır”.

Turkustan.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib:

“Kürdlər İraqda və İranda yaşayır və əlbəttə, Türkiyədə də çox sayda kürd var. Heç kim kürd problemi ətrafında yaranan gərginlik səbəbindən bu bölgənin qarışmasını istəmir, heç kim kürdlərin ikinci dərəcəli insan olaraq hiss etməsini istəmir”.

Lakin Rusiya xarici işlər naziri Suriyadakı kürdlərin probleminin qarşısını almaq mümkün olmayan bir problem olduğunu vurğulayıb:

“Bu problem Suriya böhranının qarşısını almaqdan daha genişdir”.   /Teleqraf.com/

Paylaş: