C. Noy 22nd, 2019

Musa Musayev: “YAP Nurlana Əliyeva məsələsinə aydınlıq gətirməlidir”- SİYASİ ŞURA ÜZVÜ KİMİ UTANIRAM

Bakı Slavyan Universitetinin rektoru , YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın “20 Yanvar” faciəsinin təşəbbüskarı Yevgeni Primakovun həyat fəaliyyətinə aid sərgi açması ölkədə böyük narazılığa səbəb olub. Onun YAP rəsmisi olması isə sosial şəbəkələrdə və mediada hakim partiyanın hədəfə gəlməsinə səbəb olub.

Turkustan.info Gununsesi.org-a istinadən bildirir ki, YAP Siyasi Şurasının üzvü olan Musa Musayev də hakim partiyanın olaya reaksiya verməli olduğunu deyib: “Dünəndən “Primakov söhbəti” gündəmi zəbt edib. Mediada və sosial şəbəkələrdə Slavyan Universitetinin rektoru Nurlana xanımı tənqid ve təhqir edirlər. Mən YAP-nın yaradıcılarından biri , Siyasi Şuranın Üzvü kimi həm utanıram , həm də xəcalət çəkirəm. Çünki, Nurlana xanım yüz minlərlə üzvü olan YAP Qadınlar Şurasının sədri və İdarə Heyyətinin üzvüdür. Bu təhqir ve tənqidləri mən YAP-a yönəlmiş kimi qəbul edirəm. İcra Katibliyindən ve İdarə Heyyətindən xahiş edirəm ki, bu vacib məsələni araşdırıb məlumat versinlər ki , bu tədbirin təşkilatçısı və təşəbbüskarı kimdir ? Dostlardan isə xahişim odur ki, tənqidlə təhqiri səhv salmasın. Nurlana xanım həm anadır, nənədir, eynı zamanda Azərbaycan qadınıdır. Gəlin, tələsməyək, səbirli olaq. Axı, biz Azərbaycanlıyıq! Eyni zamanda onu da vurğulayım ki, mən bir aya yaxındır ki, YAP-da islahatların aparılması ilə bağlı təşəbbüslə çıxış edirəm. Bir daha deyirəm ki, YAP-nın mərkəzi aparatında, rəhbər strukturlarda, rayon şöbələrində, o cümlədən YAP-nın qadınlar şurasında köklü islahatlar aparılmalıdır”.

 

Paylaş: