Ça. Noy 19th, 2019

Oqtay Güləliyevi “City Hospital”dan APARDILAR

Hüquq müdafiəçisi Oqtay Güləliyevin son durumu ilə bağlı məlumat açıqlanıb.

Turkustan.info-nun məlumatına görə, bu gün onu əməliyyat olunduğu “City Hospital”dan Respublika Neyrocərrahlıq Xəstəxanasına köçürüblər.

Xəstənin hazırkı durumu barədə danışan həkim Adil Qeybulla bildirib ki, Oqtay Güləliyevin kritik durumdan çıxması üçün bir qədər zaman tələb olunur, lakin reabilitasiya uzun müddət çəkə bilər.

“Alınan travma xarakter etibarı ilə ağır hesab edilir.
Xəstəni sonrakı ixtisaslaşdırılmış müalicə üçün Respublika Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülməsi qərara alınıb.

O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub.

Bakı Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. O.Güləliyev dünən “City Hospital”da əməliyyat olunub.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.  /Modern.az/

Paylaş: