Ça. Noy 12th, 2019

“Primakovla bağlı tədbir keçirilən vaxt mən xaricdə olmuşam” – Deputat Sahibə Qafarova

“Bir neçə gündür sosial şəbəkələrdə və bəzi saytlarda mənim və həmkarlarımın Primakovun 90 illik yubleyinə həsr olunmuş sərgidə iştirakımızla bağlı tamamilə həqiqətdən uzaq, uydurma iddialar irəli sürülür. Bildirmək istəyirəm ki, tədbirin keçirildiyi vaxt mən Avronest PA-nın iclasında iştirak etmək üçün səfərdə olmuşam”.

Turkustan.info xəbər verir ki, Milli Məclisin deputatı Sahibə Qafarova Bakıda 20 Yanvar qırğınlarının baş ideoloqu Yevgeni Primakova həsr olunmuş tədbirə qatılması barədə iddiaları təkzib edib:

  • Sərgidən çəkildiyi iddia olunan foto isə sözügedən tarixdən çox əvvəl Avropa Şurasında çəkilib. Belə olduğu halda, bəzilərinin məlumatın həqiqiliyini yoxlamadan, heç bir dəqiqləşdirmə aparmadan haqqımızda absurd iddialar irəli sürməsi, bir çox beynəlxalq tədbirlərdə Azərbaycan dövlətini təmsil edən, xalqımızın maraqlarını hər şeydən üstün tutaraq ökə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda fəaliyyət göstərən insanların əməyinə ləkə yaxmaq cəhdləri açıq şəkildə qərəzlidir və yolverilməzdir. Hesab edirəm ki, bizim fəaliyyətimizlə az-çox tanış olan hər kəs bu kimi uydurma xəbərlərə etibar etmir və bu yalanlar ətrafında gündəm yaratmaq istəyənlər niyyətlərinə çatmayacaqlar.

Paylaş: