Şb. Noy 23rd, 2019

Ramiz Mehdiyevi əvəz edən Samir Nuriyev kimdir? – DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Prezidentinin Admnistrasiyasının rəhbəri təyin edilib.

Turkustan.info xəbər verir ki, S.Nuriyev bu təyinatadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb.
Samir Nuriyev 1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsi mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın “Duke” Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir.
1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışmışdır, o cümlədən: 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində.
2006-cı ildə o, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.
Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki uşaq atasıdır.

Paylaş: