Şb. Noy 16th, 2019

Uşaq bağçasında 6 yaşlı uşağın başını kəsdilər – VİDEO

Rusiya 36 yaşlı Denis Pozdeyevin törətdiyi qətlin şokundadır.
Naryan-Mar şəhərində uşaq bağçasına gedən Denis 6 yaşlı oğlanı amansızlıqla qətlə yetirib. Soyuqqanlı şəkildə otağa daxil olan cinayətkar yuxuda olan körpənin başını kəsib. Ələ keçirilən Denis qətli törətməzdən əvvəl beynində bir səsin həmin uşağı öldürərsə, əbədi həyata qovuşacağını dediyini söyləyib.
Bağçanın mühafizəçisi Denisi valideyn hesab etdiyindən onun içəri keçməsinə mane olmayıb. Hazırda Pozdeyevə qarşı 3 maddə üzrə cinayət işi açılıb. Sosial şəbəkələrdə Denisin əməlini şiddətlə qınayan postlar paylaşılır və ölkə ictimaiyyəti hadisənin müzakirəsini aparır. (qafqazinfo)

 

Paylaş: