Ça. Noy 12th, 2019

Zelenskinin NATO baş katibi ilə fotosu lağa qoyuldu

Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO baş katibi Yons Stoltenberqlə birlikdə çəkilmiş şəkli sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Turkustan.info-nun verdiyi xəbərə görə, fotoda alyans rəhbəri masa arxasında əyləşib, ölkə başçısı isə əllərini birləşdirərək ayaqüstə onun qarşısında dayanıb.

Sözügedən foto fonunda şərhçilər Ukrayna Prezidentini müəllim qarşısında dayanan şagird, həmçinin müştəriyə xidmət edən ofisiantla müqayisə ediblər.

Şərhlərdən bir neçəsini təqdim edirik: “Yağlı rəsm – müəllim və nümunəvi tələbə”, “Jurnala ikini hələ ki, karandaşla yazıram”, “Ofisiant, bu gün borş əla alınıb. Sizin mətbəxlə bağlı müsbət rəy yazıram”.

Qeyd edək ki, Stoltenberq 30-31 oktyabr tarixlərində Ukraynada səfərdə olub.   /Qafqazinfo/

 

Paylaş: