Bz. Noy 17th, 2019

Bakıda taksi sürücüsü zolağı dəyişmək istədi, qəza baş verdi – ANBAAN VİDEO

Bakıda baş verən qəza anı kameraya düşüb.

Turkustan.info  xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində baş verib. Avtobus dayanacaqda saxlayıb sərnişin düşürüb.

Bu zaman avtobusun arxasında olan taksi sürücüsü zolağı dəyişmək istəyib. Dönmə işıqlarını yandırsa da, digər zolaqla hərəkətdə olan avtomobil onu vurub.
Taksi sürücüsü zolağa tam keçməsə də, arxadan gələn avtomobilin ona yol verəcəyinə əmin olmadan yola çıxıb.

Görüntüləri təqdim edirik:

/Avtosfer.az/

Paylaş: