C. Noy 22nd, 2019

Cangüdənlərdən 33 güllə: Niyə İndira Qandini bağışlamadılar?

İndira Qandinin öldürülməsinin 35-ci ildönümü günü – əfsanəvi siyasətçinin tərcümeyi-halından 4 mübahisəli fakt.

1. İndira Qandi Hindistanın Baş naziri olmuş ilk və yeganə qadın idi. Bu vəzifəni sələflərindən və davamçılarından daha uzun bir müddədə tutan ilk qadın lider olub: cəmi 15 il.

2. İndira Qandini eyni zamanda “Hindistan anası” mənasını verən “İndirama” adlanırırdılar. Ancaq bu həmişə belə deyildi.

Qandi ikinci vəzifədə olduğu müddətdə ölkədə köklü doğum nəzarət proqramı həyata keçirdi. Bu, üç uşağı olan qadınlarda hamiləliyin məcburi dayandırılması və iki uşağı olan kişilərin məcburi sterilizasiyasını nəzərdə tuturdu.

Qanuna görə sterilizasiya olunmuş dissidentlər işdən qovula bilərdi. Razılıq üçün pul mükafatı və ya tranzistor qəbuledicisi verilirdi.

3. İndira Qandi necə sərt olmağı yaxşı bilirdi. Onu istefaya məcbur etməyə çağırdıqda, o, hinduların hüquqlarını məhdudlaşdıraraq ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmişdi.

Qandinin birbaşa əmri ilə 1984-cü ildə sinklər adlı etnik qrupdan olan ekstremistləri aradan qaldırmaq üçün ordu “Mavi ulduz” adlı  əməliyyat keçirdi. Eyni zamanda, Baş nazir dərhal başa düşdü ki, xeyli sayda vətəndaş öləcək.

4. İndira Qandiyə zirehli geyim tövsiyə edilsə də o, bunu rədd edib. Onun əmri ilə keçirilən əməliiyata görə, sinkxlərdən təşkil olunmuş mühafizəçiləri tərəfindən Qandiyə revolver və avtomat silahdan 33 güllə atıldı. 31 oktyabr 1984-cü ildə “Hindistanın anası” “Mavi Ulduz Əməliyyatı”na görə qisas nəticəsində amansızcasına öldürüldü.    /konkret.az/

Paylaş: