Be. Noy 18th, 2019

Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin yeni FOTOLARINI yaydı

Ermənilər rekonstruksiya adı ilə tanınmaz hala saldıqları Şuşa məscidinin yeni fotolarını yayımlayıb.

Ermənilər işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü tamamilə dəyişiblər.

Onlar oktybarın 14-də açılışını etdikləri məscidi İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə tanınmaz hala salıblar.

 Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub. (modern.az)

Paylaş: