Be. Noy 18th, 2019

Gədəbəy və Daşkəsənə qar belə yağır – VİDEO

Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.

Turkustan.info trend-ə istinadən məlumatına görə, bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb.

Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

 

Paylaş: