Be. Noy 18th, 2019

Qadınların yeri cəhənnəmdirsə, kişilər… – Ramiz Rövşəndən Xalq artistinə ETİRAZ

Əgər qadınların yeri cəhənnəmdirsə, o zaman kişilər baş əyəcəklər cəhənnəmə.

Turkustan.info xəbər verir ki, bu fikirləri Xalq şairi Ramiz Rövşən Oxu.az-a müğənni Akif İslamzadənin “Qadınların yeri cəhənnəmdir” fikirlərinə münasibət bildirərkən deyib.

R.Rövşən bildirib ki, qadın daha dəyərli, daha qiymətlidir:

“Qadınların yerinin cəhənnəm olmasını deyə bilmərəm. Siz cəhənnəmlə cənnəti görmüsünüz? Bilirsiniz, hansı maraqlıdır ? Bilmirsiniz axı. Qadınlar kişinin başının tacıdır. Əgər qadınlar yeri cəhənnəmdirsə, o zaman kişilər baş əyəcəklər cəhənnəmə.

Qadını biz alçaltmışıq, aşağı salmışıq. Kişi ilə qadın bərabər səviyyədə deyil. Qadın kişinin başının tacıdır. Bu, mənim ən dəqiq düşüncəmdir. Siz fikirləşin ki, bir ailədə bir kişi haqqında onu aşağılıyan söz deyilsin (dələduzdur, avaradır). Ondan qadına bir toz qədər ləkə qonmaz. Amma qadın haqqında xoşagəlməz bir söz deyilsə, kişiyə ləkə qonar.

Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadınını elə qorumalıdır ki, ona heç vaxt toz qonmasın”.

Paylaş: