Be. Noy 18th, 2019

Rusiyada “Artsax” kafesi sökülməyə başladı

Rusiyanın Omsk şəhər avtovağzalında tikilmiş “Artsax” adlı kafesinin sökülmə prosesi başladı. Kafenin sahibi, erməni əsilli Saiyan Minasyanın ərazini qanunsuz zəbt etdiyi üzə çıxdı.

Qanunsuz şəkildə tikilən və yaxın günlərdə tamamilə məhv ediləcək kafe səs-küyün yüksək olması səbəbiylə məhəllə sakinlərinin də ehtirazına səbəb olub.

Ermənilər işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini “Artsax” kimi tanıtmağa çalışırlar.

Asasmedya.info

Paylaş: