Be. Noy 18th, 2019

Samir Nuriyevin vəzifəsini o icra edəcək

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, bu təyinatdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr vəzifəsinin icrası Anar Adil oğlu Quliyevə tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib

Paylaş: