Bz. Noy 17th, 2019

Azərbaycanda daha bir süpürgəçi qadını maşın vuraraq öldürüb

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

Turkustan.info “report”a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş: