Ça. Noy 12th, 2019

Bakıda qızlara söz atan oğlanı oğurlayıb iki ay yarım zirzəmidə saxladılar – ŞOK VİDEO

Dostu ilə birlikdə Hövsan qızlarının ünvanına təhqiredici ifadə səsləndirdikləri video sosial şəbəkədə yayıldıqdan sonra yoxa çıxan 15 yaşlı Mehdixan tapılıb.
Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, yeniyetmə məhz həmin videoya görə qaçırılıbmış.
Avqustun 11-də iki nəfər tərəfindən 132 saylı avtobusdan qaçırılan yeniyetmə 2 ay yarım qaranlıq zirzəmidə əsir saxlanılıb. Anası “Səni axtarıram” proqramında oğlunun hərəkətlərinə görə üzr istədikdən sonra onu sərbəst buraxmaq qərarına gəliblər.

Paylaş: