Be. Noy 18th, 2019

Ermənilər ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat vasitələri quraşdırır – FOTOLAR

Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında hərbi fəaliyyətini davam etdirir.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən tərəfi bu dəfə Milli Ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat və müşahidə vasitələrini möhkəmləndirir.

Bunun üçün optik-elektron müşahidə sistemləri və videokameralar quraşdırılır. Yayılan fotoların təmas xəttinin Goranboy-Tərtər istiqamətində çəkildiyi ehtimal olunur.  /Modern.az/

Paylaş: