Ca. Noy 14th, 2019

NATO Türkiyənin müdafiəsinə qalxdı

NATO baş katibi Yens Stoltenberq Türkiyənin alyansdan təcrid edilməsinə təklifinə etirazını bildirib.

Turkustan.info xəbər verir ki, o, Türkiyəni alyansın əsas müttəfiqlərindən biri adlandırıb. Bildirib ki, Türkiyə öz  maraqlarını qorumaq hüququna malikdir.

“Bild” yazır ki,  Türkiyə İŞİD-in tamamilə məhv edilməsinə öz töhfəsini verib və bütün bunları diqqətə almaq lazımdır: “Bundan başqa heç bir alyans ölkəsi Türkiyə qədər suriyalı qaçqın qəbul etməyib- 3,6 milyon nəfər. Başqa heç bir ölkə də terrordan Türkiyə qədər əziyyət çəkməyib”. 

Beləliklə, NATO Türkiyənin alyansdan çıxarılması ilə bağlı səslənən fikirlərə mövqeyini bildirib.     /Cebhe.info/

Paylaş: